Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Fəhlə faciəvi şəkildə ÖLDÜ

Oktyabrın 12-si saat 14 radələrində İmişli rayonu ərazisində Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında fəhlə işləyən 1980-ci il təvəllüdlü Ramil Şirinovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
 
İmişli rayon prokurorluğundan  verilən məlumata görə, araşdırmalarla fəhlənin hidroqovşaq ərazisində ekskavatorla hamarlama işləri aparılarkən ekskavatorun yük hissəsi ilə beton hissəciyin arasında qalması nəticəsində hadisə yerində öldüyü müəyyənləşib.
 
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin