Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Seyfəli poliqonunda PARTLAYIŞ: Müdafiə Nazirliyi açıqlama yaydı

"Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir".
 
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib.
 
Qeyd edək ki, minaların utilizasiyası zamanı partlayış səsləri Gəncə şəhərində də eşidilib.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin