Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

"İsveçrədən Bakıya gedən azərbaycanlı ailə gileylənir ki, dəhşətli dərəcədə bahaçılıqdır..."




Bacanaq çaşıb qalıb. Deyir ki, axı bu necə ola bilər, adam bir ay işləyir 300 manat maaş alır. Amma bir şüşə şirənin qiyməti 6 manatdır...
 
Qızım ailəlikcə Bakıda olub. Deyir ki, qiymətlər od tutub yanır. Qızım İsveçrədə yaşayır. Burada işləyir, təhsilini davam etdirir. Həyat yoldaşı da həmçinin. Düşünün ki, İsveçrə dünyanın ən bahalı ölkələri sırasında ən öndə gəlir. Belə bir bahalı ölkədən Bakıya gedən bir azərbaycanlı ailə gileylənir ki, dəhşətli dərəcədə bahaçılıqdır. 
 
Onlarla eyni vaxtda İsveçrədə yaşayan bacanağım da ailəsi ilə Bakıya getmişdi.  Deyir ki, sadəcə təyyarə biletinə 2 min dollar verdik. Ancaq 2 min dollara biz Türkiyəyə gedib gəlirik, üstəlik, orada 2 həftə də istirahət edirik. Bacanaq çaşıb qalıb. Deyir ki, axı bu necə ola bilər, adam bir ay işləyir 300 manat maaş alır. Amma bir şüşə şirənin qiyməti 6 manatdır...
 
Elbəyi Həsənli, İsveçrədə yaşayan tanınmış jurnalist

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin