Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Atom bombası haqqında Sovet İttifaqına məlumat sızdıran ABŞ casusları - FOTOLAR




Atom bombası haqqında Sovet İttifaqına məlumat sızdıran ABŞ casusları - FOTOLAR
Sovet İttifaqı İkinci Dünya müharibəsi zamanı müttəfiqləri olmasına baxmayaraq, ABŞ və İngiltərənin nüvə silahlarının inkişafı proqramı ilə bağlı kəşfiyyat məlumatları toplamağa çalışıb. “Enormoz” əməliyyatı çərçivəsində sovet agentləri, elm adamları da daxil olmaqla, kommunist Amerika və ingilis agentlərini işə götürürdülər. SSRİ-nin topladıqları məlumatların miqyası yalnız müharibədən sonra, Sovet teleqramlarında istifadə olunan kod deşifrə edildikdə başa düşülüb.
 
Dövrün super gücü olan sovetlərə xidmət edən agentlərin siyahısını təqdim edirik.
 
1. CON KERNKROS
 
cas1.jpg (51 KB)
 
Con Kernkros -İkinci dünya müharibəsi əsnasında, ingilis gizli atom bombası proqramı olan “Tube Alloys”un zabiti Ser Mores Xenkinin xüsusi katibi olaraq xidmət edib. Bu müddətdə o, Moskvaya atom bombası üzərində işləyən amerikalı alimlərin siyahısını verib və 1941-ci ildə İngiltərənin uran bombası istehsalındakı vəziyyəti ilə bağlı bir hesabat haqqında məlumatı sızdırıb. 60 -cı illərdə “MI5” tərəfindən sorğu-suala tutulduqdan və sovet casusu olduğunu etiraf etdikdən sonra toxunulmazlıq qarşılığında məlumat verib. 8 oktyabr 1995 -ci ildə İngiltərənin Herefordşir şəhərində vəfat edib.
 
2. MELİTA NORVOD
 
cas2.jpg (111 KB)
 
Melita Norvod Sovet İttifaqının İngiltərədə ən uzun müddət işləyən casusu olması ilə yanaşı, “Tube Alloy” layihəsinin direktorlarından birinin katibi idi. “Tube Alloy” Böyük Britaniya tərəfindən Kanadanın iştirakı ilə İkinci dünya müharibəsi dövründə nüvə silahı hazırlamaq üçün icazə verilən tədqiqat proqramı idi.
 
Melita Norvod adi bir həyat yaşayarkən, müharibədən 1970 -ci illərə qədər Sovet agentlərinə məlumat ötürüb. Atom bombası proqramında sovetlərə nə qədər kömək etdiyi bəlli olmasa da, 1970 -ci illərdə Moskvaya səfər edərkən rəsmi olaraq mükafatlandırılıb. 1990 -cı illərdə Norvudun casus olduğu ortaya çıxıb.
 
3. KLAUS FUKS
 
cas3.jpg (60 KB)
 
Almaniyada doğulan Fuks 1933 -cü ildə nasistlər hakimiyyətə gələndə İngiltərəyə qaçıb. 1942-ci ildə Britaniya vətəndaşı olanda artıq sovetlər üçün casusluq edirdi. 1943-cü ilin sonunda “Manhattan” layihəsi üzərində işləmək üçün bir qrup ingilis alimi ilə birlikdə Los Alamosa gedib və sonradan nüvə işlərini sürətləndirəcək atom bombası dizaynı ilə bağlı sovetlərə əhəmiyyətli məlumatlar verib. Şifrələnmiş yazışmalarda casusluğu üzə çıxarılan Fuks 1950 -ci illərin əvvəllərində bir etiraf edib. O, ifadəsində Los Alamos casuslarının kuryeri olan Harry Goldun adını verib.
 
4. DEVİD QRİNQLAS
 
cas4.jpg (58 KB)
 
Harry Gold da 1944 -cü ildə Los Alamosa təyin edilmiş ABŞ Ordusu mexaniki Devid Qrinqlasın adını verib. Qaynı Julius Rozenberq tərəfindən sovetlərə casusluq etmək üçün vəzifələndirilən Devid Qrinqlas 1945-ci ilin ortalarında atom bombasının eskizini və bəzi qeydləri verib. 1950 -ci ildə günahını etiraf edərkən qeydləri yazanın qardaşı Ethel Rozenberq olduğunu söyləyib. İşbirliyi sayəsində daha kiçik bir cəza ilə işin içindən çıxıb və həyat yoldaşına toxunulmazlıq verdirib. Rozenberqlər isə 1953-cü ilin iyununda edam ediliblər.
 
5. RASEL MAKNAT
 
cas5.jpg (58 KB)
 
Rasel Maknat Nyu -Yorkda inşaat mühəndisi işləyərkən, 1943 -cü ilin sonunda, dostu Julius Rozenberqin məsləhəti ilə uranın ayrıldığı qazlı diffuziya zavodları inşa edən “Kellex”də işə başlayıb. Daha sonra yenidən Rozenberqin əlaqəsi ilə KQB –yə məlumatlar ötürüb. Zavodun dizaynlarını sovetlərə sızdırıb. Rozenberq ilə dostluq etdiyinə görə FTB tərəfindən sorğu -suala tutulsa da, casus olmasından şübhə edilməyib. Müharibədən sonra Gulf Oil şirkətində çalışıb. Onun casusluq etdiyi barədə məlumatlar keçmiş KQB agenti Aleksandr Vassilyevin dəftərlərində tapılıb.
 
6. KLARENSE HİSKEY
 
cas6.jpg (82 KB)
 
Kimyaçı olan Klaresne Hiskey Kolumbiya Universitetində qazlı diffuziya üzərində işləyib. Daha sonra “Manhattan” layihəsinin mühüm sütunu olan Çikaqo Metallurgiya Laboratoriyasına keçib. 1944 -cü ildə GRU-ya (Sovet Hərbi Kəşfiyyatı) məlumat ötürərkən Sovet agenti Artur Adamsla görüşməsi təsbit edilib. Bunun üzərinə ABŞ Ordusunun kəşfiyyat bölməsi silahlandırılaraq Alyaskaya göndərilib. Müharibədən sonra Konqres komitəsinə ifadə verməyə çağırılsa da, casusluqda şübhəli bilinənlərlə bağlı sualları cavablandırmaqdan imtina edib. Dövlətin heç bir dəlil olmadığı üçün sərbəst buraxılıb.
 
7. TEDORE HALL
 
cas7.jpg (27 KB)
 
1990 -cı illərdə əldə edilən şifrəli Venona qeydləri ilə “Manhattan” layihəsinin ən gənc fiziki olan Halın Los Alamosda üçüncü casus olduğu ortaya çıxıb. 1944 -cü ilin sonunda sovetlərlə əlaqə quran Hall, tezliklə onlara plutonyum bombasının inkişaf vəziyyəti haqqında bir hesabat təqdim edib. FTB onun casusluq fəaliyyətini ilk dəfə 1950-ci illərin əvvəllərində öyrənsə də, etiraf etmədiyi üçün sərbəst buraxılıb. Hall daha sonra İngiltərəyə köçüb və biologiya elmi üzrə araşdırmalara öncülük edib.
 
8 OSKAR SEBORER
 
cas8.jpg (84 KB)
 
2019 -cu ildə bir sıra TFB sənədləri əldə edildikdən sonra, Seborerin Los Alamosdakı dördüncü sovet casusu olduğu ortaya çıxıb. 1944-1946 -cı illərdə Los Alamosda elektrik mühəndisi işləyən Seborerin hələ də sovetlərə nəyi çatdırdığı bilinmir, lakin bombanı partladan tətik kabelin üzərində işləyərkən Fuks və Halldan fərqli mövzularda məlumat əldə etdiyi məlumdur. FTB Seborerin 1950-ci illərin ortalarında casus olduğunu kəşf edəndə o, artıq ABŞ-ı tərk edərək Rusiyada məskunlaşmışdı.(Musavat.com)

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin