Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Silsilə anım tədbirləri Tərtərdə davam edir. FOTOLAR

Bir neçə gündür ki, Kəlbəcər rayonu millət vəkili Aqil Məmmədovun iştirakı ilə Bərdə və Tərtər rayonunda dəfn edilən şəhidlərimizin anım tədbirləri qeyd edilir.  
  Artıq bir neçə gündür ki, Kəlbəcər rayonu millət vəkili Aqil Məmmədovun iştirakı ilə Bərdə və Tərtər rayonunda dəfn edilən şəhidlərimizin anım tədbirləri qeyd edilir.  
  Bu məqsədlə ötən gün və bu gün Kəlbəcər rayonu üzrə millət vəkili Aqil Məmmədov, RİH-nin məsul əməkdaşları və rayon sakinlərinin iştirakı ilə Vətən müharibəsi zamanı şəhid olan əslən Kəlbəcərli Həsənli Zərimxan Afiq oğlu, Rzayev Ülfət Novruz oğlu, Hüseynzadə Elgiz İbrahim oğlu və  Mustafayev Əlizamin Baxış oğlunun məzarlarını ziyarət edib, gül dəstələri düzərək əziz xatirələri ehtiramla yad ediblər. 
  Millət vəkili  Aqil Məmmədov çıxış edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin şərəfli döyüş yolundan danışıb. Vurğulayıb ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi heç bir  zaman unudulmayacaq. Şəhidlərimizin doğulduqları torpaqlarda adlarının əbədiləşdirilməsi məqsədilə müəyyən komisiyanın yaradılacağı və lazımi işlərin görüləcəyi haqqında da ictimaiyyəti məlumatlandırıb.
   Sonra şəhid ailələri ilə görüş keçirilib. Şəhid ailələri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını dilə gətirib, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

   Qeyd edək ki, Kəlbəcərin Suduzluq kəndindən olan Həsənli Zərimxan 12.10.2001 tarixdə Mingəçevir şəhərində anadan olub. 2019-cu ildə Tərtər rayon Bəyimsarov kənd tam orta məktəbini bitirib. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. 2020 ci ilin oktyabr ayının 12-də Cəbrayıl, Füzuli və Hadrutun  Hadrut rayonu uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq şəhid olub.

Məzarı ziyarət edilən digər şəhidimiz Rzayev Ülfət 01.02.2001- ci ildə Tərtər rayonun Cəmilli kəndində anadan olub.  2018- ci ildə Kəlbəcər Rayon 68 saylı tam orta məktəbinin bitirib.  2019- cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb və  hərbi xidmətini başa vurduqdan sonra hərbi hissədə müddətdən artıq müqavilə əsasında xidmətini davam etdirib. Noyabrın 9-da  Şuşa oğrunda gedən döyüşlərdə şəhid olub.  

Hüseynzadə Elgiz 28.10.2001-ci il tarixdə Tərtər rayon Bəyimsarov kəndində anadan olub. Kəlbəcər rayon Təkqaya kənd sakinidir. Kəlbəcər rayon 64 saylı tam orta məktəbi bitirib. 2020- ci ilin iyun ayında hərbi xidmətə gedib. 22 oktyabr 2020 ci il tarixdə Fizulinin alınması uğurunda mübarizədə şəhid olub.  

Mustafayev Əlizamin Baxış oğlu 21.06.1999-cu ildə Tərtər rayonu Bəyimsarov kəndində anadan olub. 2017-ci ildə  orta məktəbi bitirib. Həqiqi hərbi xidmətini daxili qoşunların N saylı hərbi hissəsində keçib. 2018 –ci ildə həqiqi hərbi xidməti başa vurmasına baxmayaraq bir müddət keçdikdən sonra könüllü olaraq müddətdən artıq hərbi xidmətə gedib. Xidmətinin ikinci ayında başlayan Vətən müharibəsinin döyüşlərdə iştirak edərək bir sıra strateji yüksəklikləri azad edilməsində və bir neçə postların alınmasında fəal iştirak etmişdir Vətən Müharibəsinin 8-ci günü Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşdə qəhramancasına şəhidlik zirvəsinə ucalmışdır.  

   Şəhidimizin hər biri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra  medallarla təltif olunublar. 
   
Allah şəhidlərimizə rəhmət eləsin !
 
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin