Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan Premyer Liqası: "Zirə" "Səbail"i, "Neftçi" "Sabah"ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.
RiaTV.az bildirir ki, günün ilk matçında "Zirə" "Səbail"i qəbul edəcək.
10 turdan sonra meydan sahibləri 16 xalla 4-cü, qonaqlar 9 xalla 7-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. Bunların 9-da "qartallar", 3-də "dənizçilər" qələbə qazanıb. Topların fərqində də "Zirə"nin aşkar üstünlüyü var - 21:9. Son iki qarşılaşmada "Zirə" iki qolla üç xal qazanıb. "Səbail" isə ardıcıl 7 oyundur rəqibinə qalib gələ bilmir.
Günün digər görüşündə "Neftçi" "Sabah"la üz-üzə gələcək. Flaqman 17 xalla 3-cü, qonaqlar 8 xalla 8-ci sıradadır. Bu, komandaların çempionatdakı 13-cü qarşılaşması olacaq. Matçların 10-da "ağ-qaralar" qələbə qazanıbsa, ikisində heç-heçə qeydə alınıb. "Sabah" indiyədək rəqibini yenə bilməyib. Topların nisbəti isə 25:6-dır.
 
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin