Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Kürdəmirdə avtomobil qəzası baş verib, xəsarət alanlar var

Bakı-Qazax yolunun Kürdəmir rayonun Qarabucaq kəndindən keçən hissəsində yol qəzası qeydə alınıb.
RiaTV.az xəbər verir ki, "VAZ 21011" markalı avtomobil hərəkətdə olarkən ona arxadan gələn "Mercedes" markalı minik maşını çırpılıb.
Nəticədə "VAZ 21011"in sürücüsü, Şəki rayon sakinləri 33 yaşlı Salmanov Röyal Salman oğlu və sərnişin, 43 yaşlı Abdulrahmanov Ramin Məmmədhəsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin