Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

“Çelsi”dən “Mançester Yunayted”lə heç-heçə

Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
RiaTV.az bildirir ki, "Mançester Siti"nin bu turdakı rəqibi "Vest Hem" olub. "Şəhərlilər" bu oyundan qalib ayrılıblar. Turun mərkəzi görüşü Londonda keçirilib. Lider "Çelsi" doğma meydanda "Mançester Yunayted"lə üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
 
"Tottenhem"in "Bernli" ilə səfər oyunu isə güclü qar yağışı səbəbindən təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
13-cü tur
27 noyabr
 
Arsenal - Nyukasl 2:0
Qol: Saka, 56. Martinelli, 66.
 
Kristal Pelas - Aston Villa 1:2
Qol: Quehi, 90+5 - Targett, 15. Makqinn, 86.
 
Liverpul - Sauthempton 4:0
Qol: Jota, 2; 32. Tyaqo, 37. Van Deyk, 52.
 
Norviç Siti - Vulverhempton 0:0
 
Brayton - Lids 0:0
 
28 noyabr
 
Bernli - Tottenhem oyunu təxirə salınıb
 
Brentford - Everton 1:0
Qol: Toni, 24-pen.
 
Lester Siti - Uotford 4:2
Qol: Maddison, 16. Vardi, 34; 42. Lukman, 68 - Kinq, 30. Dennis, 61.
 
Mançester Siti - Vest Hem 2:1
Qol: İ.Gündoğan, 33. Fernandinyo, 90 - Lanzini, 90+4.
 
Çelsi - Mançester Yunayted 1:1
Qol: Jorjinyo, 69-pen - Sanço, 50.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin