Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Göygöldə it döyüşdürən şəxslər saxlanıldı - FOTO

 Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində qanunsuz olaraq it döyüşdürən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan RiaTV.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, Kəlbəcər rayonunda qeydiyyatda olmaqla Göygöl rayonunda yaşayan Məftun Hüseynli, Nofəl Hüseynov və Göygöl rayon sakini Samir Nəbiyev qanunsuz olaraq özlərinə məxsus itləri döyüşdürüblər.
Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq Maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər 10 sutka inzibati qaydada həbs edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin