Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Məşhur geyim brendlərinin yalanının üstü açılıb

Zara, H&M və Nike kimi iri geyim markaları ətraf mühafizə ilə bağlı yalan məlumat verdikləri aşkar edilib.
RiaTV.az  bildirir ki, planetə zərərli təsiri azaltmaq üzrə öhdəlik götürdüklərinə baxmayaraq, onlar Braziliya Amazoniyasında meşələrin qırılmasında dolayısı ilə iştirak edikləri üzə çıxıb.
Analitiklər moda sənayesinin əsas nümayəndələrinin gömrük məlumatlarını öyrəniblər və müəyyən ediblər ki, Coach, LVMH (Dior, Louis Vuitton, Givenchy, Guerlain məhsulları istehsal edir), Prada, H&M, Zara, Adidas, Nike, New Balance, Teva, UGG və Fendi məhsulları üçün dərini Braziliyanın JBS zavodundan tədarük edir. Bu müəssisə Amazoniyada meşələrin qırmaqla məşğuldur.
Sadalanan brendlərin bir çoxu daha əvvəl bu cür müəssisələrlə əməkdaşlıq etmədiklərini və planetə zərəri minimuma endirmək üçün tədbirlər gördüklərini bəyan etməklərinə baxmayaraq, ağacların qarılması prosesi daha da sürətləndi.
Bu əsasən daha sonra sonradan dərisindən pulqabı, çanta və ayaqqabı istehsal olunacaq heyvanları yemləmək üçün soya yetişdirmək məqsədiylə meşələrin qəsdən yandırılması ilə əlaqələndirilir. Belə ki, 2025-ci ildə əhalini geyim və aksessuarlarla təmin etmək üçün hər il 430 milyon inək kəsilməli olacaq.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin