Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

İki uşağı ilə karantində qaldığı hoteli yandırdı

 Avstraliyada qadın karantinə görə qaldığı hoteli yandırıb.
Hadisə Kvinslend ştatında baş verib.
RiaTV.az xəbər verir ki, iki uşağı ilə başqa əyalətdən Kvinslendə keçdikdən sonra oteldə məcburi iki həftəlik karantinə girən 31 yaşlı qadın hotelə girdikdən bir neçə gün sonra onun çarpayısının altında yanğın baş verib.
"Pacific Hotel"in üst mərtəbəsini bürüyən alov səbəbindən 160-dan çox qonaq təxliyə edilib.
Yanğın törətməkdə təqsirləndirilən qadın nəzarətə götürülüb.

Kvinslend polisi qadının yandırılmadan əvvəl başqa problemlər yaratdığını açıqlayıb.
Uşaqlar polisin mühafizəsinə götürülüb.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin