Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda hərbi helikopter qəzaya uğradı, ölənlər və yaralananlar var

 Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğu birgə məlumat yayıb.
RiaTV.az xəbər verir ki, məlumatda deyilir:
"Dünən  saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.
Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir".
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin