Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Əcnəbi qızın sevgisinə “yox” deyən azərbaycanlı həbs olunub

 Azərbaycan vətəndaşı Vüqar Həsənov sevgiyə rədd cavabı verdiyi üçün artıq 5 ildir ki, Qazaxıstanda məhkumluq həyatı yaşayır.
RiaTV.az xəbər verir ki, bununla bağlı Qazaxıstanın "Avrasiya Birinci kanalı" reportaj yayımlayıb.
Reportajda bildirilir ki, Vüqar Həsənov Aktaudan olan bir qızın sevgisinə qarşılıq vermədiyindən ümumilikdə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Məsələ isə belə olub. 36 yaşlı Vüqar Həsənov Aktau restoranlarından birinə baş aşpaz olaraq dəvət olunub. Vüqar Bakıda həyat yoldaşı və qızını qoyaraq həmin şəhərə köçüb və burada işləməyə başlayıb. 16 yaşlı Mədinə adlı qız ona aşiq olsa da, Vüqar ona rədd cavabı verib. Mədinə buna görə Vüqarı cəzalandırmaq qərarına gəlib və azərbaycanlının ona təcavüz etdiyini elan edib. Bu işdə isə qıza vəkil tanışı köməklik göstərib və qıza bildirib ki, Vüqarı maksimum 3 günlük həbs edəcəklər.
Mədinə fikrindən daşındıqda isə artıq gec olub. Hakim nə qızın məhkəmədə onu heç kimin zorlamamasını etiraf etməsini, nə də iki ekspertiza nəticəsini nəzərə alıb.
Vüqarın atası Zahid Həsənov isə nə vaxtsa tək oğlunun Qazaxıstanda həbsxanaya düşəcəyini təxmin belə etmədiyini bildirib.
Güc strukturlarının keçmiş əməkdaşı artıq 4 ildir ki, oğlu üçün ədaləti bərpa etməyə çalışır.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin