Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə UEFA standartlarına cavab verən yeni stadionun açılışı olacaq FOTO-VİDEO

Türkiyənin Erzincan şəhərində yeni stadion istifadəyə veriləcək.
RiaTV.az-ın yerli mətbuata istinadən xəbər verir ki, arenanın açılış mərasimi yaxın günlərdə baş tutacaq.
TFF 2-ci liqasında mübarizə aparan "24 Erzincanspor" mövsümün ikinci yarısında ev oyunlarını burada keçirəcək. UEFA standartlarına cavab verən stadion 12 min 981 azarkeş tutumuna malikdir.
Atatürk məhəlləsində köhnə arenanın yerində tikilən idman obyektində ticarət mərkəzi, restoran və müxtəlif idman növləri üçün zallar fəaliyyət göstərəcək.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin