Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə bu gün koronavirusdan 184 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 184 nəfər ölüb.
RiaTV.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün "twitter" səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 369 647 nəfərin test edildiyi, 39 681 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 854 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 131 134 774 peyvənd tətbiq edilib ki, bunun 91,66 faizi birinci, 83,08 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin