Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Putin və Ərdoğan Qazaxıstanda niyə qarşı-qarşıya GƏLMƏDİ? – SENSASİON BİLGİLƏR


Rusiya və Türkiyənin Qazaxıstanla bağlı alyansı və bəzi qüvvələrin Moskva və Ankara arasında münaqişə gözləntilərinin cari  qarşılıqlı əlaqəli strateji maraqlarının heçə enəcəyi ekspertlər üçün ən gözlənilməz olacaq.


Türkiyə Qazaxıstanda baş verənləri “həyəcanla müşahidə edən ölkələrdəndir”, – bunu Habertürk nəşri yazıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanlı həmkarı Qasım-Jomərt Tokayevlə telefon danışığında ona “texniki biliklər və lazım gəldikdə təcrübə” dəstəyi göstərəcəyini vəd edib və ümid etdiyini bildirib ki, Qazaxıstanda tezliklə “gərginlik aradan qalxacaq” və “yeni hökumət qurulacaq”.

Bir qədər əvvəl Ərdoğan Qazaxıstanda mövcud vəziyyəti Azərbaycan, Qırğızıstan və Özbəkistan liderləri ilə müzakirə edib. Öz növbəsində Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu məlumat verib ki, yanvarın 11-də “Türk Dövlətləri Təşkilatının (TDT) XİN rəhbərlərinin Qazaxıstanda baş verən hadisələri müzakirə etmək üçün təcili iclasının keçirilməsi” nəzərdə tutulub. Doğrudur, heç kim belə görüşün nədən “təcili” olduğunu və TDT-də bundan sonra konkret hansı tədbirlərin görüləcəyini izah edə bilməz.

“Qazaxıstanla birgə biz təkcə türk dünyasının sərhədlərini genişləndirmədik, həm də Mərkəzi Asiyada oyun qaydalarını müəyyən etdik”, -bunu isə Türkiyənin Akit nəşri yazıb.-Amma həmin oyun məqamı gəldikdə, bu oyuna türk dövlətləri deyil, Rusiya və onun KTMT üzrə müttəfiqləri girişdilər”.

Daha açıq mülahizələrlə Türkiyənin sabiq XİN rəhbəri və hökumət başçısı, hazırda müxalif Gələcək Partiyasının lideri Əhməd Davudoğlu çıxış edib. “Mən dost və qardaş Qazaxıstanda baş verən hadisələrdən dərin kədər hissi keçirirəm. Narahatçılıq doğuran məqamlardan biri də Astananın bununla əlaqədar Ermənistanın rəhbərlik etdiyi KTMT-yə müraciət etməsidir, -o, özünün Twitter səhifəsində belə yazıb. -Türkiyənin və Türk Dövlətləri Təşkilatının tarixi missiyası Qazaxıstanın daxili işlərinə hörmət etməklə gərginliyin aradan qaldırılmasıdır. Bu istiqamətdə indiyədək kifayət qədər addımların atılmaması türk daxili həmrəyliyinin zəifliyindən xəbər verir”.

Bizim Türkiyədə olan mənbələrimiz bu bəyanatı şərh edərkən bəyan edirlər ki, Ankarada bəzi qüvvələr güman edirdilər ki, Qazaxıstan münaqişəsi  uzanacaq, hər şey Ukrayna ssenarisi ilə baş verəcək və TDT üzvü kimi Türkiyə öz vasitəçilik səyləri ilə çıxış etmək imkanı qazanacaq. Davudoğlu bu layihənin ötürücülərindəndir.

Başqa variant yox idi, ona görə ki, bundan əvvəl bəyan edilən türk birliyi hərbi sülhməramlı korpusunun yaradılması ləngiyir. Mənbələr güman edir ki, Türkiyə müxalıfəti “türk birliyində yaranmış çat”a görə Ərdoğana qarşı hücuma keçəcək. Lakin bu cür ittihamlar nə dərəcədə ədalətlidir?

Bir çox türk ekspertləri  qeyd edir ki, Ankara geniş mənada regionun lideri rolunda hələ yenicə təsdiq edilməkdədir. Nəzəri cəhətdən o, ərəb dünyasının qeyri-sabit hissəsində, o cümlədən Suriyada ( doğrudur, indi orada Türkiyə demək olar ki, əsas təsir vasitələrini itirib) birləşdirici qüvvə kimi çıxış edə bilərdi. Ankaranın xarici siyasətində aktivləşən ümumtürk istiqamətinə gəldikdə, tezliklə aydın oldu ki, Rusiya bütün parametrlərə görə daha güclüdür, uğur yalnız bu və ya dugər türk dövləti ilə ümumi sərhədlərin olması şərtilə mümkündür.

Həqiqətən də, Türkiyə-Azərbaycan ittifaqına xristian Gürcüstan da cəlb edilib, tezliklə bu ittifaqa Azərbaycanla Türkiyə arasında Zəngəzur dəhlizi vasitəsilə coğrafi “körpü” olacaq Ermənistan da qatıla bilər. Lakin Nursultan Nazarbayevin ümumtürk geosiyasi layihələri, xüsusilə Avrasiya İttifaqına alternativ olacaq alyansın, o cümlədən hərbi-siyasi ittifaqın yaradılması haqqında danışılanda xeyli suallar doğururdu.

Ona görə də Türkiyənin Asiya istiqamətindəki geosiyasi ambisiyaları onun real imkanları ilə obyektiv olaraq ziddiyyət təşkil edir. Bu baxımdan hətta Ankaraya ən yaxın olan Bakı Ankara ilə Moskva arasında manevr etməkdə davam edir. Qazaxıstan isə KTMT-nin, Şanxay Əməkdaşlıq Təşkilatının, Avrasiya İqtisadi İttifaqının üzvüdür və postsovet məkanında inteqrasiya proseslərində fəal iştirak edir. Bununla yanaşı, o, TDT-də inteqrasiya proseslərində az qala avanqard rolunu oynayır. Belə ikili vəziyyət incə xarici siyasətin həyata keçirilməsini tələb edir, çünki bu və ya digər tərəfə meyllənmək ciddi geosiyasi və daxili siyasi burulqanlığa sövq edə bilər. Bu konteksdə geosiyasi və daxili siyasi dayanıqlığı təmin etmək üçün Nazarbayevə balansı saxlamaq çox çətin idi. Lakin Türkiyə üçün də öz oyununu öz qaydalarına uyğun olaraq oynamaq mümkün deyildi. Rusiyanın və Türkiyənin riayət etdikləri siyasi nüansların mahiyyəti də məhz bundadır.

Ekspertlər üçün bu sxemdə ən gözlənilməz odur ki, bəzi qüvvələrin Moskva ilə Ankara arasında münaqişə gözləntiləri cari qarşılıqlı əlaqəli strateji maraqlarla heçə enir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da