Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Gəncə: ödənişsiz “Uşaq psixologiyası” kursu var

Gəncədə ödənişsiz psixologiya kursuna qeydiyyat başlayıb. Bu haqda 12 yanvar tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.

“Uşaq psixologiyası” üzrə keçiriləcək dərslər 2 ay boyunca həftədə 2 dəfə təşkil olunacaq. Kursda aşağıdakı mövzular haqda danışılacaq:

Psixi inkişaf ləngiməsi
İntellektual pozulma
Kompleks pozulmalar
Davranış pozulmaları
Autizm sindromu
Asperger sindromu
Rett sindromu
Daun sindromu
Sağlamlıq imkanları məhdud olan şəxslərin diaqnostikası
Sensor pozulmalar zamanı psixi və fiziki inkişaf
Atipik şəxslərin erkən diaqnostikası və s.
Dərslər 18 yanvar tarixində başlayacaq. Kursu uğurla bitirən şəxslər sertifikatla təltif olunacaqlar.

Maraqlananlar (055) 637 48 21 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 16 yanvardır.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin