Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Dünyaca məşhur baş məşqçi "Fənərbağça" ilə anlaşdı

"Fənərbağça" Yoahim Lövlə anlaşıb.

"sarı-lacivərtlilər"in prezidenti Ali Koç 63 yaşlı mütəxəssislə danışmaq üçün Almaniyaya gedib. Görüşün ardından hər iki tərəf razılaşma əldə edib. O, növbəti mövsümdən komandanın başına keçəcək.
Həmçinin Löv rəhbərliyə komandanın bütün yaş qruplarına nəzarət edəcəyini bildirib.
Yoahim Löv İstanbul nəhəngindən illik 5 milyon avro qazanacaq.
Qeyd edək ki, almaniyalı mütəxəssis  daha əvvəl də 1998/1999 mövsümündə "Fənərbağça"nı çalışdırıb.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin