Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Aynişan Quliyeva: "Bizi otağa salıblar, çıxmağa icazə vermirlər" - VİDEO

Avropaya istirahətə yollanan Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevadan xəbər var. 

Sonuncu dəfə Avstriyanın paytaxtı Vyanadan paylaşım edən blogerin otaq yoldaşında virus aşkarlanıb.

Onun COVID-19 testi müsbət çıxıb. Yoluxan xanımla Aynişana otaqda qalmalarını, çölə çıxmamalarını tapşırıblar. Bu haqda bloger sosial şəbəkə hesabında bildirib. O, video paylaşaraq burada hamının onlardan qorxduğunu bildirib:

"Oteldə hamı bizdən qorxur. Bizi otağa salıblar, çıxmağa icazə vermirlər. Gecə çay götürmək üçün aşağı düşdüm. Orada mühafizəçi var idi. Məni görəndə qorxdu".
<iframe src="https://baku.ws/video2/v.php?v=1878235"  width="640" height="360"></iframe>
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin