Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

"Barselona" "Mançester Siti"nin müdafiəçisini icarəyə götürür






İngiltərənin "Mançester Siti" komandasının futbolçusu Aleksandr Zinçenko İspaniya "Barselona"sına keçə bilər.

Bu barədə "Sportitalia" telekanalının jurnalisti Canluici Lonqari özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Kataloniya təmsilçisi ukraynalı sol cinah müdafiəçisini 2020/2021 mövsümü üçün icarəyə götürmək istəyir.

Qeyd edək ki, 2016-cı ildən "Mançester Siti"də çıxış edən 24 yaşlı oyunçunun "şəhərlilər"lə 2024-cü ilədək müqaviləsi var.
Facebook-da paylaş