Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Düşmən səhər saatlarında Tərtərə atəşi bərpa etdi- Azərbaycan ordusu hərəkətə keçdi...






Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələri oktyabrın 16-da səhər saatlarından etibarən Tərtər rayonu ərazisini yenidən şiddətli atəşə tutmağa başlayıb.

Hazırda Azərbaycan Ordusunun hissələri düşmənə qarşılıq verir.

Qeyd edək ki, aktiv döyüş əməliyyatları 20 gündür ki, davam edir. Bu müddət ərzində Tərtər şəhərinə və ətraf yaşayış məntəqələrinə 13 minə yaxın mərmi və raket atılıb.

Oktyabrın 10-da Ermənistan hakimiyyətinin sürəkli yalvarışları ilə Moskvada humanitar atəşkəs razılaşması əldə olunub. Bundan 1 gün sonra Ermənistan hərbi-siyasi rəhbərliyi daha bir rəzil müharibə cinayətinə əl atıb. Cəbhə xəttindən çox uzaq olan Gəncə şəhərinə ballistik raket zərbəsi endirilib. Yatmış şəhərə atılan raket çoxmənzilli binaya düşüb və 9 nəfər dinc sakin həlak olub, 34 nəfər yaralanıb.

Sentyabrın 27-də 6 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bundan sonra cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Facebook-da paylaş