Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Baş prokuror Kamran Əliyev və Fövqəladə Hallar naziri Gəncədə hadisə yerindədir






Azərbaycanın Baş prokuroru Kamran Əliyev və Fövqəladə Hallar naziri Kamaləddin Heydərov humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulmuş Gəncədə hadisə yerindədir.

"Report" xəbər verir ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub. Belə ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib. Nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. Dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.
Facebook-da paylaş