Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

“Cəbrayıl işğaldan azad olunandan sonra dizin-dizin şəhid oğlumun məzarı başına gedib dedim ki...” -Şəhid atası...






Xəbər verdiyimiz kimi torpaqlarımız işğaldan azad olunduqca, Cəbrayıldan, Zəngilandan olan soydaşlarımız öz sevinc hisslərini bizimlə bölüşürlər.

Əslən Cəbrayıl rayonundan olan 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan əsgər Mahmud Azər oğlu İbrahimovun ailəsi də sevinc içindədir.

Şəhidimizin atası Azər İbrahimov Moderator.az-a açıqlamasında deyib ki, Cəbrayılın işğaldan azad edildiyini eşidən kimi dizin-dizin oğlunun məzarı başına gedib və ona qisasının alındığını bildirib:

“Cəbrayılın işğaldan azad edildiyini eşidəndə uçmağa qanadımız olmadı. Ona görə ki, mənim uşaqlığım, gəncliyim, məktəb illərim o yerlərdə keçib. Ən vacibi isə 27 il idi ki, ata-analarımızın məzarını ziyarət edə bilmirdik. Şükür Allaha ki, 27 ildən sona vətən həsrətinə son qoyduq. İnşallah evlər təmir ediləndən sonra biz evimizə qayıdacağıq. Bu sevinci bizə yaşatdığına görə Ali Baş Komandana, Ordumuza və xalqımıza minnətdarıq”.  

Şəhid atası bu gün oğluna görə qürur duyduğunu bildirib:

“Hər bir oğul vətən üçün doğulub və vətən üçün də vuruşmalıdır. İndi bir şəhid atası kimi üzüm ağdır. Vaxt var idi, şəhid məzarlarını ziyarətə utana-utana gedirdim, sanki şəhidlər bizə baxıb deyirdilər ki, nə vaxt qisasımızı alacaqsınız? İndi çox şadam ki, torpaqlarımız işğaldan azad olundu, şəhidlərimizin qisası yerdə qalmadı. İndi alnıaçıq şəhidlərimizi ziyarətə gedib deyə bilərik ki, ruhunuz şad olsun. Cəbrayılın işğaldan azad olunma xəbərini eşidəndən sonra dizin-dizin şəhid oğlumun məzarı başına gedib dedim ki, “oğlum, məni bağışla, torpağın qədrini bilməmişəm, qisasın alındı”. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!”.
Facebook-da paylaş