Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Məhəmməd Salahın koronavirus testi yenə müsbət oldu






Misir milli komandasının futbolçuları Məhəmməd Salah və Məhəmməd Elneni növbəti dəfə koronavirus testindən keçib.

"Report" Misir Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçunun test nəticəsi müsbət olub.

Qeyd edək ki, İngiltərənin "Liverpul" klubunda çıxış edən Məhəmməd Salahda koronavirus noyabrın 13-də aşkarlanıb. "Arsenal"da çıxış edən Məhəmməd Elnenin də testi yığmanın düşərgəsində olarkən müsbət çıxıb.
Facebook-da paylaş