Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Cənubi Koreyada koronavirusun üçüncü dalğası başlayıb






Cənubi Koreyanın paytaxtı Seul şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyasının üçüncü dalğası başlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Sosial Təminat və Səhiyyə Nazirliyinin nümayəndəsi Yun Txe Xo brifinqdə bildirib.

O deyib ki, indiki vəziyyətdə hakimiyyət qoruyucu tədbirlərin gücləndirilməsini nəzərdən keçirəcək.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, son sutka ərzində paytaxtda 218 yoluxma halı qeydə alınıb ki, bu, avqust ayının əvvəlindən bəri ən yüksək göstəricidir: “Ölkə üzrə son sutkada infeksiyaya 363 yoluxma baş verib və COVID-19-a yoluxanların ümumi sayı 30 017 nəfərə çatıb”.

Ölkənin Baş naziri Çon Se Qyun vətəndaşlara çağırış edərək bildirib ki, ənənəvi yeni il şənlikləri ilə bərabər, kütləvi tədbirlərin keçirilməsindən çəkinmək lazımdır.

Baş nazir yaşı 60-dan yuxarı olan vətəndaşlara ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamağı da tövsiyə edib.

Artıq paytaxt da daxil olmaqla, ölkənin bir neçə regionunda koronavirusla mübarizə tədbirləri çərçivəsində noyabrın 19-dan etibarən yeni məhdudiyyətlər tətbiq olunub.

Facebook-da paylaş