Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

“Ana, söz vermişdim ki, səni Şuşaya istirahətə aparacam...” - Şəhid əsgərimizin son məktubu






Şəhid gizirimiz Şəhriyar İsa oğlu Əsgərov şəhid olmamışdan öncə valideynlərinə məktub yazıb. 

Moderator.az xəbər verir ki, Şəhriyar şəhid olandan sonra yaxınları o məktubu əldə edib və əməkdaşımıza da təqdim ediblər. Şəhid gizirimiz məktubunda ata və anasına son ürək sözlərini bu şəkildə yazıb:

“Əziz atam və anam, siz bu məktubu oxuyanda mən artıq axirət dünyasında olacam. Biz uşaq olarkən bizlərə İmam Hüseynin şəhadətindən danışırdınız. İndi mən elə uşaqkən danışdığınız şəhidlik zirvəsinə ucalmışam. Şükürlər olsun ki, rəbbim məni də bu zirvəyə ucaltdı. Bilirəm övlad itkisi sizə ağır gələcək, amma ana, səndən xahişim odur ki, ağlayıb düşmən sevindirməyəsən. Üçrəngli bayrağımıza bükülü tabutumu evimizə gətirəndə xanım Zeynəbin müsibətini düşünərsən. O, iki balasını qurban verdi, amma evindən çölə çıxmadı. Sən də elə dözümlü ol, sevin ki, şəhid anasısan. Sevinin ki, övladınız ağamız Hüseynə müsafirdi. Gözəl bacım və qardaşım, sizləri də çox istəyirəm. Başınızı hər zaman dik tutun. Sizləri öncə Allaha, sonra bir-birinizə əmanət edirəm. Yazmağa çox sözlər var, amma sizləri çox kövrəltmək istəmirəm. Haqqınızı halal edin. Hə, bir də anacan, söz vermişdim ki, torpaqlar azad olunandan sonra səni Şuşaya istirahətə aparacam, üzülü say, həyatımda ilk dəfə sənə verdiyim sözü tuta bilmədim. Öpürəm sizləri. İsa və Xədicəni də hər gün mənim əvəzimdə öpün. İnşallah cənətdə görüşərik. Haqqınızı halal edin. 

Oğlunuz Şəhriyar”.

Qeyd edək ki, şəhidimiz Cəlilabad rayon Göytəpə qəsəbəsində böyük izdihamla dəfn edilib. 

Facebook-da paylaş