Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

"İlham Əliyev bu dini obyektlərə həm Ermənistan, həm də Azərbaycan nümayəndələrinin çıxışını təmin edəcək"






“Hər iki tərəflə - indiki halda Azərbaycan tərəfi ilə əlaqə yaratmaq lazımdır ki, azad olunan rayonlarda vəziyyət sabit olsun və hər iki millətdən olan insanların məişət zəminində heç bir münaqişə olmadan birgə yaşaması üçün şərait yaratsın”.

Bunu Prezident Vladimir Putin Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı keçirdiyi müşavirədə deyib.

“Əlbəttə ki, bu, sözün tam mənasında Azərbaycan tərəfinin məsuliyyətidir. Amma mən Azərbaycan Prezidentinin əhval-ruhiyyəsini bilirəm - o, gələcək işlərin təşkilinə məhz bu şəkildə və bu baxımdan yanaşır”, - deyə Putin əlavə edib.

Rusiya Prezidenti vurğulayıb ki, baş verənlər barədə məlumat əldə etmək və bu məlumatların həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə vaxtında mübadiləsini aparmaq üçün birinci mərhələdə Rusiya sülhməramlılarının da hər iki tərəflə təmas qurması lazımdır.

Rusiyalı lider Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda həm azərbaycanlılar, həm də ermənilər üçün abidələrə və müqəddəs abidələrə maneəsiz girişin təmin ediləcəyinə söz verdiyini də xatırladıb:

"Bu həm də tarixi, mədəni və dini irsin obyektlərinə aiddir. Mən İlham Heydər oğlu ilə danışdım, o da ona əsaslanır ki, Azərbaycan hakimiyyəti hər şeyi nəzarətə götürəcək, bu dini obyektlərə həm Ermənistan, həm də təbii ki, Azərbaycan nümayəndələrinin çıxışını təmin edəcək".
Facebook-da paylaş