Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

“Qarabağda Qafqazın Harvardı adını daşıyacaq universitetin açılması bütün sahələrdə istəklərimizi ödəyə bilər”



"Qarabağı elə qurmalıyıq ki, o bizim güclü yerimizə çevrilsin, siyasi, iqtisadi, mənəvi, sosial zirehimizə dönsün"


“Gördüyümüz kimi indi dövlətimiz, millətimiz bütövlüyünü təmin etmək mücadiləsində məhz həmin dairələr yenə də Qarabağ kimi mühüm bir vasitənin təzyiq silahının əldən çıxmasında hansı hədyanlara, təxribatlara əl atırlar. Bu üzdən Qarabağda güclü olmağımızı təmin edən ən mühüm platforma, mexanizm məhz orda elmi, təhsil, tətbiqat sisteminin qurulmasıdır, onun dayaqlarının formalaşdırılmasıdır, intellektual kəsimin, ailmlərin, ziyalıların, qabaqcıl tələbələr ordusunun məhz həmin məkana daşınmasıdır”

Bunu açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili Qarabağda təhsil müəssisələrinin açılmasının vacibliyini vurğulayıb:

“Qeyd edim ki, Sosial Tədqiqatlar Mərkəzi ilə biz Qarabağımızın artıq azad olunmasına rəğmən ictimaiyyətin "o müqəddəs məkanı birgə quraq" baxışlarını, təkliflərini yaradıcı təşəbbüslərini öyrənmək istədik. Belə demək mümkündürsə, bu, idea bankının formalaşdırılması addımı sayıla bilərdi. Və həqiqətən də informasiya resurslarında məsələylə bağlı çox geniş açıqlamalar, təkliflər göndərildi və bir-birindən yaradıcı, əhəmiyyətli  və qarşıdakı dövrdə Qarabağın daha sistemli, tədbirli, planlı qurulması yönündə işlərə dair idi. Üst-üstə götürdükdə bəlkə də 200-dən artıq bu yöndə təkliflər var və onların sıra sayı artmaqdadır. Məsələnin ən başlıca mahiyyəti ondan ibarətdir ki, Qarabağı elə qurmalıyıq ki, o bizim güclü yerimizə çevrilsin, siyasi, iqtisadi, mənəvi, sosial zirehimizə dönsün. Gərək biz elə edək ki, o kimlərinsə gözündə zəif bənd rolunda çıxış etməsin. Biz ən azı buna 1990-cı illərdən bu yana canlı şahidik, amma yüz illərdir ki, Qarabağı məhz Azərbaycan əleyhinə bir vasitəyə çevirirlər. Gördüyümüz kimi indi dövlətimiz, millətimiz bütövlüyünü təmin etmək mücadiləsində məhz həmin dairələr yenə də Qarabağ kimi mühüm bir vasitənin təzyiq silahının əldən çıxmasında hansı hədyanlara, təxribatlara əl atırlar. Bu üzdən Qarabağda güclü olmağımızı təmin edən ən mühüm platforma, mexanizm məhz orda elmi, təhsil, tətbiqat sisteminin qurulmasıdır, onun dayaqlarının formalaşdırılmasıdır, intellektual kəsimin, ailmlərin, ziyalıların, qabaqcıl tələbələr ordusunun məhz həmin məkana daşınmasıdır. Bundan ötrü zamanında Qarabağda dövlət universiteti yaratmaq kimi bir təkliflər olub və ölkə rəhbərliyindən əslində bu mövqe qaynaqlanıb və düşünürəm ki, Azərbaycanda Ali Baş Komandanın ötən on illər ərzində savaşı müxtəlif platformalarda aparmaq məharətini dünya gördüyündən, yəni bu adda futbol klubundan tutmuş ən müxtəlif tədbirlər məhz bizim yalnız silahlı deyil, mədəni, humanitar, siyasi, iqtisadi savaşda da düşməni yenmək niyyətimizdən xəbər verib. Bunlar hamısı toplu olaraq vahid bir məqsəddə və yaxud da vahid bir gerçəklikdə birləşdi, yəni biz həmin müstəvilərdə ermənilərə zərbə vurmağı bacardığımız üçün ən sonda bunun silahlı vasitələrlə həyata keçirilməsi mümkün oldu. Bu üzdən zənn edirəm ki, qarşıdakı dövrdə irəliyə sürülən təkliflərin hamısı dövlət tərəfindən geniş şəkildə dəyərləndiriləcək və ölkə rəhbəri dünən də Ağdam günü millətimizi, dünya azərbaycanlılarını, haqqı, ədaləti bütövlüyü istəyən insanları təbrik edərkən yenə də orda quruculuq işlərinə toxundu və bunun konseptual olaraq çox ciddi bir strateji işlər kimi, millətimizin yeni quruculuq hadisəsi olaraq aparılacağının anonsunu verdi.

Mən əminəm ki, bütün o quruculuq ansamblında, onun kompozisiyasında önəmli, əsas nüvə mərkəzində dayanacaq məhz üniversitetlərdir və bu yöndə hətta musiqi gimnaziya və ya konservatoriyalarının Şuşaya köçürülməsi ideaları da səslənir, həmçinin tətdiqat mərkəzləri, sənaye institutları, bütün bunların hamısı geniş bir kompleks planın, baxışın tərkib hissəsi olmalıdır. Biz elə etməliyik ki, həqiqətən də bəzən müxtəlif bölgələrimizdə fəaliyyət göstərən, amma cazibədarlığı xeyli aşağı olan, hər hansı bir reytinqlərdə yer tutmağa can atmayan, bir sıra hallarda yetirmələrinin gələcəyinin əmək bazarında hansı yeri tutacağı ilə maraqlanmayan müxtəlif bölgə təhsil müəssisələri kimi olmaz. Qarabağdakı hətta Qafqazın Harvardı adını daşıyacaq universitetin açılması bizim bütün sahələrdə ehtiyaclarımızı, istəklərimizi, qayğılarımızı ödəyə bilər. Diqqət edin, bizim cəmiyyətə çıxardığımız həmin o insanların təşəbbüsləri sırasında o bölgələrdə süni-intellekt məshullarının və bu sahədə startabların həyata keçirilməsi istəkləri var idi və onlardan biri beləydi ki, “Harop” və “Bayraktar” istehsal edən xüsusi zavodun da orda açılması gerçəkləşdirilə bilər. Belə olan təqdirdə düşünürəm ki, Qarabağın bütün ətraf aləmlə nəqliyyat, logistik, iqtisadi, sənaye, sosial və sair kimi bir mərkəz olması üçün onun başında gedən ideya məhz təhsil, elm, universitet mərkəzi olmasını təsbit etməkdir. Ümidvarıq ki, Ali Baş Komandan Azərbaycanın min illik tarixinə özünün xilaskar, sərkərdə adını ki, təsbit edib, millət elmli, savadlı olanda öndə olur. Qarabağ bölgəmiz hər zaman savadlı olmalıdır. Bu cəhətdən ümidvaram ki, ən yaxın zamanda “Qarabağı birgə quraq” dövlət təşəbbüslərinə bəlkə də milyonlarla layihələr veriləcəkdir və sizinlə bərabər o layihələrin gerçəkliyə çevrilməsində iştirak edəcəyik”.
Facebook-da paylaş