Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Noyabr ayı üzrə müavinət, təqaüd və kompensasiyalar da ödənildi






Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib.

Vətəndaşlar hesablarına köçürülmüş müavinət, təqaüd və kompensasiyalarını bank kartları vasitəsilə müvafiq bankın bankomatlarından əldə edə bilərlər.

Xatırladaq ki, noyabrın 13-dək bu ayın bütün ölkə üzrə pensiya ödənişi də başa çatdırılıb.

Beləliklə, 2,3 milyona yaxın şəxsə bu ay pensiya, müavinət, təqaüd və kompensasiya ödənilib.

Yaxın günlərdə isə noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımları ödəniləcək.
Facebook-da paylaş