Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

“Vikipediya”nın italyan dili bölməsində "Gəncə bombalanmaları" adlı məqalə yaradılıb






 
“Vikipediya”nın müxtəlif dil bölmələrində Qarabağ həqiqətləri və Ermənistanın terror siyasəti ilə bağlı məqalələrin yaradılması prosesi uğurla davam etdirilir. Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı “Vikipediya”nın xarici dil bölmələrində müxtəlif məqalələr yerləşdirilir. Məqsəd xarici ölkə oxucularına Ermənistanın gerçək üzünü, erməni vandalizmini göstərməkdir.

Bu barədə «Vikipediya» üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, “Vikipediya”nın italyan dili bölməsində "Gəncə bombalanmaları" adlı məqalə yaradılıb. Məqalədə Ermənistanın raket hücumu nəticəsində dağılmış binalar, mülki insanların və obyektlərin hədəfə alınması, həlak olanlar və yaralananlar barədə məlumat verilir. Məqalənin yaradılmasında əsas məqsəd "Vikipediya"nın müxtəlif dillərdəki bölmələrində Ermənistanın terror siyasətini xarici ölkə oxucularının diqqətinə çatdırmaqdır. Məqalə Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov və qurumun Sosial və elmi araşdırmalar departamentinin rəhbəri Əli Kəbirli tərəfindən yaradılıb. Komanda bu günə qədər italyan dili bölməsində Azərbaycana aid çoxlu məqalə yaradıb.

“İşğalçı Ermənistanın terror siyasətinə qarşı informasiya müharibəsində fəal olmalıyıq. Qarabağın tarixi, erməni vandalizmi, ermənilərin son təxribatları ilə bağlı məlumatların “Vikipediya”da müxtəlif dillərdə yaradılması, yerləşdirilməsi və dünya ictimaiyyətinin diqqətinə çatdırılması olduqca vacibdir”, - deyə Elnur Eltürk qeyd edib.
Facebook-da paylaş