Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Lavrov Paşinyana əl uzatdı - Hansı mənada?...-FOTO

Hər iki fotoda görüş zamanı otaqda tərəflərdən yalnız Ermənistanın bayrağı olduğu, Rusiyanın bayrağının yer almadığı görünür...




Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovun işğalçı ölkə Baş naziri Nikol Paşinyanla görüşündən bir fotoşəkil yayımlayıb. 

Bu haqda  Ermənistan mediası məlumat yayıb.

 "Dramatik sənət"- deyə  Zaxarova fotoya şərhində yazıb.

Bundan az öncə Rusiya XİN rəsmisi Paşinyanın Rusiya  qurumlararası nümayəndə heyətini qəbul edərkən çəkilən fotonu da paylaşıb.

O da maraqlıdır ki, hər iki fotoda görüş zamanı otaqda tərəflərdən yalnız Ermənistanın bayrağı olduğu, Rusiyanın bayrağının yer almadığı görünür.

P.S. Fotodan göründüyü kimi, Rusiya baş diplomatı əlini Ermənistan  hökumət başçısına tərəf uzadır. Hansı mənada?  Özü yaxşı bilir...
Facebook-da paylaş