Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

"Azərbaycanda alim olmaq açından ölmək deməkdir, normal ölkələrdə isə..."






Kəlbəcər rayonunun Bağlıpəyə kəndi ərazisində yerləşən Xudavəng monastırı hansı xalqa məxsusdur? Biz deyirik ki, bu monastır Qafqaz Albaniyasına aid memarlıq abidəsidir. Ancaq bu fikiri bizdən başqa deyən yoxdur. Qərb və Rusiya tarixçiləri bu monastırı erməni abidəsi kimi təbliğ edir.
Azərbaycan ərazisindəki xristian kilsələrinin Qafqaz Albaniyasına məxus olması fikri akademik Ziya Bunyadova məxsusdur. Tarixçi Fərida Mammadova da bu barədə çox yazıb.
Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat mərkəzi sayılan Tarix İnstitutu var.
Siz bir dünyanın işinə baxın. Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi Tomas de Vaal (ixtisasca jurnalistdir) Ziya Bunyadovun Qafqaz Albaniyası haqqında fikirlərini yalan adlandırır. Deyir ki, o, erməni abidələrinin süni şəkildə albanların ayağına yazıb. və.s
Bizim Tarix İnstitutu Xudavəng monastırı haqqında elmi həqiqətləri elmi mənbələrə istinadən ortaya qoymalıdır. Həazırda orta boşdur...
Hələ Keşikçidağ məbədi də var. Biz onu da qədim Alban məbədi hesab edirik. Gürcü alimləri isə özün öldürür ki, o gürcü kilsəsidir...
Bizim tarixçilərimiz ortaya şəkkakları susdura biləcək faktlar qoymalıdırlar. Bizdə də o sanbalda tarixçilər yox səviyyəsindədir. Çünki Azərbaycanda alim olmaq açından ölmək deməkdir. Normal ölkələrdə isə alimlər bəy balası kimi yaşayırlar...

Elbəyi Həsənli, isveçrədə yaşayan jurnalist
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin