Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Qaraciyər sirrozu ilə neçə il yaşamaq olur?






Sirroz – qaraciyərin müxtəlif xəstəliklərinin sonuncu, yekun mərhələsidir. Bu zaman qaraciyərdə çapıqlar çoxalır, hüceyrələr zədələnir.

Medicina.az bu diaqnozla orta ömür barədə proqnozları təqdim edir.

Kompensə olunmuş, yəni yüngül forma, simptomları uzun illər özünü göstərməyən sirrozda ömür 9-14 il sürə bilir.

Dekompensə formasında artıq əlamətlər görülür, bu zaman qaraciyər köçürülməsi mümkün olmazsa, orta ömür 3-6 il olur.

Ömür müddətinə nə təsir edir:

- Qarın boşluğuna maye yığılması – Assit
- Baş beynin disfunksiyası
- Albuminin miqdarının kəskin artması
- Bilirubin miqdarı
- Qanın laxtalanması

Xəstədə bu əlamətlər nə qədər çoxdursa, yaşama şansı bir o qədər azalır.

Sirroz xəstəsinin ömür müddətini proqnozlaşdırmaq üçün MELD modelindən də istifadə olunur. Burda 3 əsas göstəriciyə baxılır: bilirubin, MHO, kreatinin.

Bu göstəricilər nə qədər çoxdursa, artırsa, ölüm riski bir o qədər yüksəlir.

Xəstəyə necə yardım etməli:

İlk növbədə xəstə spirtli və zərərli içkilərdən tam imtina etməlidir.

Ömrü uzatmaq üçün həyat tərzinə dəyişiklik etmək lazımdır:

- fiziki aktivlik, gimnastika
- Çəkinin normal olması
- Hepatitləri müalicə etmək

- Siqaretdən imtina
- Düzgün qidalanma

- Duzu azaltmaq
- Vitamin və sink qəbul etmək
- C vitamini qəbulundan qaçmaq
- Qanı nəzarətdə saxlamaq
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin