
İstanbulda taksi sürücüsü dürüstlüyünü göstərərək hörmətə layiq davranış nümayiş etdirib.

31 yaşlı Engin Olaç xarici vətəndaşı hava limanından otelə aparıb. Bundan sonra avtomobilyuma məntəqəsinə yollanan taksi sürücüsü arxa oturacaqda içərisində külli miqdarda pul olan bağlama aşkarlayıb. Engin bunun az öncə apardığı sərnişinə məxsus olduğunu anlayıb. Müsəlman sürücü tərəddüd etmədən dərhal otelə dönərək bağlamanın sahibini tapıb. Əcnəbi itirdiyi 300.000 avro pulun tam olaraq geri qaytarılmasına inana bilməyib...
Engin Olaç son 7 ildə taksi sürücüsü işləyir. Bu yaxınlarda ilk övladı dünyaya gəlib. Jurnalistlər ondan “Turist sizə necə təşəkkür etdi?” -deyə soruşub. Engin əcnəbinin hədiyyə kimi 50 avro verdiyini və itmiş pulu tapıldığına görə onun əvəzindən ürəkdən sevindiyini bildirib.
“Mən heç vaxt özgəsinin pulunu götürə bilməzdim. Çox gözəl bilirəm ki, bu cür pul mənim üçün haramdır və mənə və əzizlərimə yalnız bəla gətirə bilər", - deyə Engin Olaç vurğulayıb.