Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Jurnalist Bakı sakinlərinə səsləndi: "Daxili Qoşunların əsgərlərinə eyvandan soyuq su, çay təklif edin".

Əziz Bakı sakinləri. Bina evlərində 1-ci mərtəbədə yaşayan, həyət evlərində yaşayanlar.
Havada anormal istilər var. Həyətlərdə patrul xidməti aparan polis əməkdaşlarına, xüsusi ilə Daxili Qoşunların əsgərlərinə eyvandan soyuq su, çay təklif edin. Nəzərə alın ki, mağazalar, kafelər fəaliyyət göstərmir. Əsgərlərə qarşı xüsusi həssas olmağınız yaxşı olar. Evlərində onlardan narahat olan valideynləri, bacı - qardaşları, yol gözləyənləri var. Hamımızın doğmaları gec-tez geyəcək o formanı. İnsanlar ilə necə davransaq qarşımıza da o çıxacaq.
Qeyd edək ki, Baş redaktor bunu öz Facebook profil səhifəsində bildirib. Bizdə həmkar yoldaşımızın bu sözlərini təqdirə laiq hesab edir və Fərid bəyin bu çağırışını alqışlayırıq.
Facebook-da paylaş