Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Özilin "Fənərbağça"da nömrə seçimi hər kəsi təəccübləndirdi

Hər kəsin "Fənərbağça"nın Məsut Özil transferini rəsmi olaraq təsdiq etməsini səbrsizliklə gözlədiyi vaxtda türk əsilli futbolçunun nömrə seçimi bəlli olub.
RİA.TV.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Arsenal"da çıxış etdiyi "10" nömrəli formanı istəsə də, bu baş tutmayacaq. Belə ki, hazırda Mbvana Samatta bu nömrəli formaya sahibdir. Bu səbəbdən Özilin "23" nömrəni seçdiyi iddia edilsə də, alman futbolçunun seçimi "67" nömrəli forma olub.
Qeyd edək ki, Türkiyə futbol qaydalarına əsasən mövsümün sonunadək futbolçuların nömrə seçimində dəyişiklik edilə bilməz. Buna görə də oyunçu istifadə edilməyən digər nömrəni seçməlidir. 
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin