Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

“Pandemiya dönəmində nevroz insanların davranışları daha çox gözə çarpan oldu...”

“Pandemiya dövrü insanlarda artıq çəki problemini ortaya çıxartdı”

“Öyrəşdiyimiz həyatın sağlamlığımız üçün fəsadları var...”



Bir ildir ki, koronavirus bəlası bizləri alışdığımız həyatdan uzaqlaşdırıb.  Hardasa adət-ənənələrimizi unutdurmaq üzrədir. Səyahətlər, gündəlik iş qrafiki, təmiz hava, sevdiyimiz insanlarla görüşmək kimi vərdişlərimizdən məhrum olmuşuq. Evə qapanmalar isə bir çox insanlarda çəki və aqressivlik kimi problemləri ortaya çıxarıb. Sosial şəbəkələrdə aqressiv insanların sayının günü gündən artdığının şahidi oluruq. 

Mövzu ilə bağlı Moderator.az–ın qonağı tanınmış psixoloq Vəfa Rəşidova ilə danışdıq. Psixoloq yaşadığımız dönəmin sağlamlığımızın üçün böyük fəsadlıq törədəciyini vurğuladı.  



- Koronavirus insanların ruh halında, dünyaya baxışında bir qədər dəyişiklik yaratdı.  Sicə bu müvəqqəti haldırmı?

- Koronavirus bəşəriyyət üçün çox da tanınmayan bir xəstəlik idi. Anidən belə bir virusun dünyanı zəbt etməsi insanları narahat etməyə başladı. Bu da insanın psixologiyasında, davranışlarında yaxınlarına qarşı münasibətlərində ciddi dəyişiklər yaratdı. Necə ki, 10-15 il bundan öncə internet həyatımıza daxil olduqda insanların davranışlarında müəyyən dəyişikliklər baş verdi.  Eləcə də internetin geniş yayılmağa başladığı zamanda bizim davranışlarımızda dəyişiklər özünü  göstərdi. Hansı ki, biz 20-30 il bundan öncə o hərəkətləri etsəydik insanlar bizə qəribə baxardı. İnsanların həyatına internet daxil olduqdan sonra fərqli danışmağa, reaksiya verməyə, o dönəm geyim tərzlərinin belə dəyişməsinə səbəb oldu.   O bir internet eposxası idi və o dönəmdən sonra  hər şey dəyişdi. Zaman keçdikcə bunlara alışdıq. Koronavirus da onun kimi. Pandemiya dövrü bizim hərəkətlərimizdə,  davranışlarımızda, baxış bucaqlarımızda, bir-birimizə münasibətimizə internet epoxası kimi dəyişiklər yaratdı. Əvvəllər pandemiyadan öncə bir-birimizə rahat şəkildə sarılır, görüşür, bir-birimizin evinə qonaq gedirdik. Artıq bu gün pandemiyadan dolayı biz bunu yadırğamağa başlayırıq.



- Pandemiya bitdikdən sonra  öyrəşdiyimiz bu vərdişləri necə, unuda biləcəyikmi?    

-Koronavirus müalicəsini tapdıqdan sonra  görüşmək, qucaqlaşmaq, mentaliletetimizə yaxın olan davranışlar insanların arasından sovuşub gedəcək. Koronavirus pandemiyası daha çox qorxu, gərginlik, panika keçirən insanlarda qabarıq şəkildə özünü göstərməyə başladı. İnsanların bir-birinə olan münasibəti pillə-pilə dəyişdi. Bir ildir ki, pandemiya dövrünü yaşayırıq. Bir ildə dünya üçün yetəri qədər zamandır ki, insanda dəyişim baş versin.
 
-Dəyişim ən çox özünü nələrdə göstərə bilər? 

-İnsanların həyata baxışlarında, xüsusiyyətlərində, məsələyə yanaşmalarında və sair.  1 il az müddət deyil. Pandemiya dövrü məxsusi şəkildə insanlarda yeni xarakterlər, yanaşmalar yaratdı. Psixologiya aləmində bir il yetəri qədər dəyişim müddətidir. Necə və hansı şəkildə dəyişimdir bu başqa bir mövzudur. 



-Bu bir il ərzində dinamik həyat tərzi keçirən insanlar evə qapandı. Cəmiyyətdən təcrid olunduq,  yaşadıqlarımız istər-istəməz insanı depresiyaya salır. 

-Pandemiya dövründə dinamik həyat demək olar ki, yox oldu. İnsanlar çox çalışdılar ki, o dinamik həyatı qoruyub saxlasınlar. Təəssüf olsun ki, bu diamik həyatı qoruyub saxlamaq mümkün olmadı.

-Bu müddət ərzində ailə üzvlərimizlə daha çox zaman keçirdik və bir çox şeylərin də fərqində olmağa başladıq.  

-Evdə olmaq, bütün gününü ailə üzvləri ilə birlikdə keçirmək ailə daxili münasibətlərdə problemlərin ortaya çıxmasında mühüm rol oyandı. Belə ki, ailə üzvləri bir-birlərinin fərqli tərəflərini gördülər. Aydın oldu ki,   ailə üzvləri yetəri qədər bir-birlərinə  diqqət etmirlər. İndi birlikdə olduqda isə aildə görünməyən problemlər qabarıq şəkildə görünməyə başladı. 

-Pandemiya dönəminin bitdikdən sonra insanların sağlamlığındakı fəsadlarının da davam ediləcəyi deyilir. Bu  deyilənlər nə dərəcədə doğrudur? 

-İndi öyrəşdiyimiz həyatın sağlamlığımız üçün fəsadları var. Belə ki, daha çox maskadan istifadə etdikdən bir müddət sonra nəfəs problemləri yaranacaq. Ən böyük problem isə evə qapanan insanlarda artıq çəki probleminin yaranmasıdır. Pandemiya dövrü insanlarda artıq çəki problemini ortaya çıxartdı. İnsan o dinamik həyat tərzinə görə formada qalırdı. Amma bu gün  o dinamik həyat tərzini sürə bilmir deyə formada qalmaq mümkün olmur. Yəni barmaqla sayılacaq qədər insanlar var ki, bu müddət ərzində kilolarını qoruya bildilər. Çox insan  bunu qoruya bilmədi aretmiya, nəfəsdarlığı başladı. Bəzi hallarda artıq çəki problemi qaçınılmaz oldu. Qış aylarında hamı evə qapandı. Yayda insanlar yürüş edir, vitamin D qəbul edə bilirdilərsə, qış aylarında bunu edə  bilmədilər.
 
-Bu müddətdə çevrəmizdəki insanların daha da aqressiv olduğunun şahidi olduq.  Bu konkret olaraq nə ilə əlaqədardır? 

-Gözləmədiyimiz halda virusla tanış olduq. Biri var insan hansısa həyat  tərzinə hazırlıqlı olsun, biri də var ki, ağlımıza belə gətirə bilmirdik ki, elə bir dönəm gələcək ki, evə qapanacağıq. İnsanın ən zəif yeri özünü azad hiss etmədiyi andır. İnsan hər şeyə dözə bilər- kasıblığa, evsizliyə, şəraitsizliyə. Ancaq insanı sıxanda, dar çərçivəyə salanda daha da aqresiv olur. Evə qapanmaq, saatla çölə çıxmaq, sevdiyi insanlarla görüşməmək istər istəməz aqressivlik yaradır. Təsəvvür edin ki, azad bir quşu qəfəsə salmısınız.

 Başa düşüləndir ki, bu qapanmalar bizim xeyrimizədir. Evdə oturmaqla özümüzü qorumalıyıq, amma hər kəs belə düşünmədi. Biri koronavirusa inandı, biri inanmadı, biri xəstəlikdən qorxaraq  özünə qapandı, qarşısındakı insandan kəskin şəkildə uzaqlaşdı. Bu dönəmdə yaşananlarla bağlı panik ataqlar, depressiyalar, ölüm qorxusu, virusa yoluxma insanlara təsir etdi.  Pandemiya dönəmində nevroz insanların davranışları daha çox gözə çarpan oldu. Buna görə də insanlar daha çox aqressivdirlər.   
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin