Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Beynəlxalq Qarabağ Forumu Qarabağda Türkiyə və Rusiya amilləri ilə bağlı müzakirələr keçirdi






Beynəlxalq  Qarabağ  Forumunun  (BQF) Koordinasiya Şurasının videokonfrans formatında növbəti toplantısı Qarabağ bölgəsində Rusiya sülhməramlılarının razılaşmaya zidd hərəkətləri, Türkiyənin hərbi iştirakının genişləndirilməsi zərurəti, Ermənistanın təxribat cəhdləri və digər məsələlərin  müzakirəsinə həsr olunub. Ukrayna təmsilçisi, tarix elmləri doktoru, professor Fərhad Turanlının moderatorluğu ilə keçirilən toplantıda həmçinin Beynəlxalq Qarabağ Forumunun cari il üçün fəaliyyət istiqamətləri, dövlət qurumalrı ilə əməkdaşlıq, həyata keçiriləcək tədbirlər və digər məsələlərlə bağlı qərarlar qəbul olunub. Toplantıda İradə Əliyeva (İsveç), Kərəm Karabulut (Türkiyə), Akif Nağı Azərbaycan), Cəfər Dal (Türkiyə), Elşən İbrahimov (Rusiya), Ziya Zakir Acar (Türkiyə), Fərhad Turanlı (Ukrayna), Mehriban Abdullayeva (Azərbaycan), Elvin İbrahimov (İsveç), Gürsoy Solmaz (Türkiyə), Sözər Akyıldırım (Türkiyə) və digərləri fikirlərini bildirib, təkliflərini veriblər. 


QAT Mətbuat Xidməti 
08 yanvar 2021
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin