Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Ermənilər Qarabağa əsgər göndərilməsinə etiraz edir - İrəvanda aksiya






Qarabağda qeyri-qanuni hərbi xidmətdə olan əsgərlər bir həftəlik məzuniyyətlə Ermənistana dönüblər.

Onlara əvvəlcə bildirilibmiş ki, bundan sonrakı xidmətlərini Ermənistan ərazisində davam etdirəcəklər. Ancaq bu gün əsgərlərin bəzi qruplarına xəbərdarlıq edilib ki, istənilən halda Qarabağa xidmətə qayıdacaqlar. Bu isə əsgər valideynləri və yaxınlarının etirazına səbəb olub.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, onlarla əsgər valideyni hazırda V.Sarkisyan adına Hərbi İnstitutun qarşısında etiraz aksiyası keçirirlər. Onlar tələb irəli sürürlər ki, məzuniyyətə gəlmiş övladları bundan sonra yenidən Qarabağa qaytarılmasınlar, hərbi xidmətlərini Ermənistan ərazisində davam etdirsinlər.

Valideynlər bildiriblər ki, bu günlərdə onlara Rusiya və Azərbaycanın Ermənistandan olan çağırışçıları Qarabağa buraxmadığını deyiblər. Bundan sonra valideynlər də razılaşıb. “Ancaq indi deyirlər yox, onlar yenidən Qarabağa qayıtmalıdır. Uşaqlardan heç biri bunu istəmir və biz buna yol verməyəcəyik”,-deyə etiraz aksiyasının iştirakçılarından biri bildirib.

Etirazçılar bildiriblər ki, müharibə hələ bitməyib və döyüşlərdən sonrakı günlərdə də hərbçilərin əsir götürülməsi, öldürülməsi halları baş verir.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin