Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcər Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qrup üzüvləri vətəndaşlara tibbi maskalar paylayıb FOTO



Kəlbəcər Rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qrup üzvləri tərəfindən rayon  əhalisinin sıx toplaşdığı ərazilərdə vətəndaşlara tibbi maskalar paylanılmışdır

       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vaxtında və çevik atdığı qətiyyətli addımlar sayəsində ölkəmizdə koronavirusun daha da geniş yayılmasının qarşısı alınmış, ölkə rəhbərinin tapşırığı ilə tez bir zamanda sosial paketlər hazırlanmış, virusa qarşı effektiv mübarizə aparmaq üçün tibbi spirt və maska zavodu, mobil karantin xəstəxanaları inşa olunmuşdur. Əhalinin sağlamlığını bütün sahələrdən öndə tutan cənab İlham Əliyev virusla mübarizədə ölkəmizin ən az itkilərlə çıxması üçün əzimkarlıq nümayiş etdirmişdir. Bununla əlaqədar Nazirlər Kabinetinin və Operativ qərərgahın tövsiyə və qərarlarına uyğun olaraq  ⁣Kəlbəcər  rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar vasitəsi ilə rayon əhalisinin sıx məsklunlaşdıqları yerlərdə sakinlər arasında maarifləndirmə işlərini daha da gücləndirmişdir. Belə ki, Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə, Göygöl rayon Murovdağ qəsəbəsində və Göygöl rayon 130 ailəlik yeni qəsəbədə Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədi ilə rayon əhalisi arasında  maarifləndirmə tədbirləri həyata keçirilir.
Facebook-da paylaş