Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Bakıda avtomobil almaq üçün ən azı nə qədər pul lazımdır? - Üsullar, qiymətlər, xərclər... - FOTO

RiaTV.az                                                                                                     
Son günlər Bakıda ictimai nəqliyyat, demək olar ki, iflic vəziyyətdədir. Karantinin yumşaldılmasına baxmayaraq metroların hələ də bağlı olması vəziyyəti daha da çətinləşdirir. Hazırda bütün yük avtobusların üzərinə düşüb. Yüzlərlə insan hər gün axşam saatlarla dayanacaqlarda avtobus gözləyirlər. Çoxları evə getmək üçün taksilərdən istifadə etsələr də, buna imkanı çatmayanlar da az deyil.Koronavirusun yayılmasının qarşısının alınması əsas gətirilərək həftəsonları ictimai nəqliyyatın işləməməsi ilə bağlı qərarlar və insanların saatlarla yolda avtobus gözləyərək vaxt itirməsi avtomobil bazarında canlanma yaradıb. Artıq çoxları ictimai nəqliyyatdan uzaqlaşaraq özünə şəxsi avtomobil almağı düşünür. Baxmayaraq ki, Bakıda avtobus zolaqlarının salınmasında məqsəd ictimai nəqliyyata maraq artırmaq, şəxsi avtomobillərdən istifadəni azaltmaq idi.
Bəs Bakıda avtomobil almaq üçün minimum nə qədər pul lazımdır?
Azərbaycanda hazırda ən ucuz yeni ( 0 km ) avtomobillərin qiyməti 13 min manatdan başlayır. Bu avtomobilləri kredit şərtləri ilə də almaq mümkündür. Bu kimi avtomobilləri almaq üçün minimum 3, 4 min ilkin ödəniş vermək lazımdır. Bu qiymətə satılan avtomobillər yerli və Rusiya istehsalı olan maşınlardır. Sözügedən avtomobilləri kredit və lizinq şərtləri ilə aldıqda aylıq ödəniş təxmini 600, 700 manata düşür ki, bu da hazırda Azərbaycanda orta aylıq əmək haqqına bərabərdir. 
Ölkədə işlənmiş avtomobillərin qiyməti müxtəlifdir. 2 min manatdan başlayaraq işlənmiş avtomobil tapmaq mümkündür. Lakin bu avtomobillər 20, 30 ilin maşınlarıdır. Bu maşınların çoxu nasaz vəziyyətdədir, satıldığı qiymət qədər də xərc tələb edir. Nə ekoloji, nə təhlükəsizlik baxımından tələblərə cavab verir. Ehtiyat hissələri də çətin tapılır. Həmçinin, ölkəmizdə yaxın zamanlarda köhnə avtomobillər utilizasiya ediləcək. Bunun qarşılığında isə bu avtomobillərin sahiblərinə yeni maşınlar almaq üçün güzəşt ediləcək və ya onlara ödənişlər ediləcək. Avtomobil sahibi olmaq üçün digər bir variant isə günlük icarə haqqını ödəməklə satılan maşınları almaqdır. Belə ki, bəzi avtomobillər günlük, 20, 25, 30 manat və daha artıq ödənmək şərti ilə icarəyə verilir. Lakin sürücü 1000 azn depozit ödəməlidir. Yəni, sürücü 1000 manat depozit verdikdən sonra günlük 25 manat icarədara ödəməklə avtomobil sahibi ola bilər. Bu fürsətdən ən çox taksi sürücüləri yararlanırlar. Başqa sahədə işləyənlər üçün bu üsul səmərəli hesab olunmur. Çünki bu üsulla alınan avtomobilin qiyməti real satış dəyərindən iki dəfə bahaya başa gəlir. Həmçinin, günlük icarə haqqını ödəmək üçün aylıq gəlir minimum 800-1000 manat olmalıdır.
Belə nəticəyə gəlmək olar ki, ölkədə normal vəziyyətdə, əlavə xərc tələb etməyən, insanı yolda qoymayan, sərfəli avtomobil almaq üçün minimum 8, 9 min manat pul lazımdır. 
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin