Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Daha iki ölkədən quş əti idxalına qadağa qoyuldu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
Bu barədə RiaTV.az-a Agentlikdən məlumat verilib. Bildirilir ki, daxil olan məlumatlara əsasən, Finlandiyanın Cənubi Finlandiya (Etelä-Suomen) və Çexiyanın Plzen (Plzensk) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq, OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Finlandiyanın Cənubi Finlandiya və Çexiyanın Plzen inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Finlandiya və Çexiyadan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin