Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Xatirənin açıqlamasına Oksanadan cavab: "İndi durub pul istəyək?"

"Efirlərdən pul istəmək düzgün deyil. Çünki insanlar bizi televiziya sayəsində tanıyıb və seviblər".

"RiaTV.az"  xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova "Instagram"da canlı yayımda olarkən deyib. Sənətçi ona ünvanlanan sualları cavablandırıb. Oksana müğənni Xatirə İslamın verilişlərə çıxmaq üçün pul istəməsi məsələsinə reaksiya verib:

"Nəticədə sən efir sayəsində tanınmış sima olmusan. Düzgün olmaz, bu, lazım deyil. Əvvəlcədən belə hal olsaydı, deyərdim yaxşı. Buna axı öyrəşməmişik, hələ bizdə bu qanun formalaşmayıb. Əgər telekanallar bunu özləri qəbul etsəydi, nə gözəl.

Amma indi büdcə yoxdur axı. Bir çox hallar var ki, seriallar, film üçün büdcə yüksək olmur. Balaca bir məbləğlə nələrsə etməyə çalışırıq. Kimisə bu mövzuda zorlamağı istəməzdim".
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin