Soçidə Lukaşenko və Putinin 6 saatlıq görüşü başa çatdı
Tarix: 22-02-2021, 23:43Xəbərə baxış: 44
Soçidə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı görüş qurtarıb. "RiaTV.az" xəbər verir ki, bu barədə "Belarus-1" telekanalı bildirib. Qeyd edilir ki, danışıqlar 6 saatdan çox davam edib. Daha əvvəl yayılmış informasiyaya əsasən, görüşün müddəti üzrə reqlament olmayıb. Liderlər birlikdə nahar ediblər və xizəkdə gəziblər.