Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Bakıda küçədə qonşular arasında qanlı dava - yaralılar var

Bakıda bıçaqlanma hadisəsi baş verib.
"RiaTV.az"  xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Qüdrətov İlqar Rəhman oğlu küçədə qonşusu, 1961-ci il təvəllüdlü Məmmədov Nadir İsmayıl oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə hər iki şəxs üzərində gəzdirdikləri bıçaqla bir-birilərinə bıçaq xəsarətləri yetiriblər.

Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin