Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

Milli Məclisdə əhaliyə güzəştlə satılan qazın limiti ilə bağlı TƏKLİF

“Əhaliyə güzəştlə satılan qazın limiti məsələsinə yenidən baxılmalıdır”.

"RiaTV.az"  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.
Deputat bildirib ki, dağlıq rayonlarında qazdan istifadə daha çox olur: “Dağlıq rayonların sakinləri digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Güzəştli qaz limiti məsələsində bütün əhaliyə, regionlara eyni yanaşma tətbiq edilib.

Ölkə əhalisinin 15%-i qaz limitini aşır. Bu 15%-in içində dağlıq rayonlarda yaşayan insanlar 10%-dən də azdır. Tarif Şurasından dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırmağı xahiş edirəm”.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin