Regionun səsi olacağıq!
Son Xəbərlər
TR
RU
EN

"Hal-hazırda həyatımda heç kim yoxdur, ürəyim bomboşdur, yəqin sevgi qəhətə çəkilib..."





"Bu mövsüm əsasən fikrimi teatra yönəltmişəm, tezliklə gözəl bir tamaşanın primyerası olacaq. Təbii ki, mənim üçün öncə teatr gəlir. Mənə görə serial əlavə bir gəlir yeridir. Bəzən təbii ki, tanışlıqla da olur ki, seriallara çəkilənlər olur. Amma bu mənə  aid deyil. Arada aktyor itməli, gizlənməlidir ki, tamaşaçı onun siması üçün darıxsın. Bəzən olub ki, məni baş rola təsdiqləyiblər, amma efirdə başqa aktrisanı görmüşəm. O anda düşünmüşəm ki, özünün nə istədiyini bilməyən rejissorla elə işləməsəm yaxşıdır. Tam səmimiyyətimlə deyirəm, vecimə də olmayıb, çünki artıq bu cəhətdən püxtələşmişəm, rol danışığına gedəndə artıq hiss edirəm ki, mənimki bu komanda ilə alınacaq ya yox? Hisslərim heç bir vaxt məni aldatmayıb"
 
 
Bunu  açıqlamasında aktrisa Zülfiyyə Nəzər Məmmədova deyib. O daha sonra açıq-saçıq səhnələrdən də danışıb.

 
"Filmdə açıq-saçıq səhnələrdən çəkinmərəm, çünki özümə görə sərbəst aktrisayam, dünyəvi bir filmdə rol alsam elə səhnəyə çəkilərəm! Yetər ki, bilim bu film sənət əsəri olub, dünyanı gəzəcək! Tərəf müqabilim bizim ki, də ola bilər, əcnəbi də, əsas odur ki, düzgün çəkilsin" deyə aktrisa bildirib.
 
 
Zülfiyyə Nəzər Məmmədova sevgidən də danışıb.
 
 
"Hal-hazırda həyatımda heç kim yoxdur, ürəyim bomboşdur. Yəqin sevgi qəhətə çəkilib. Mənim sevdiyim şəxs ən azından kişi adam olmalıdır, adam kimi adam, ən çətin anımda ilk kömək istəyəcəyim və ilk köməyimə gələcək şəxs olmalıdır. Əvvəllər bu sözü kimdənsə eşidəndə düşünürdüm ki, adamdır, birdəm kömək edə bilməz, amma yaşım artdıqca anladım ki, "edə bilməz" deyə bir şey yoxdur, etmək istəməz deyə bir şey var! Bu həyatda ölümdən başqa hər şeyə çarə var, yetər ki, istək olsun. Bir də son bir ildə bir şeyi anlamışam ki,  yaşa dolduqca çətin münasibət quran insanlar, o münasibətə çox rahatlıqla nöqtə qoymağı da bacarır" deyə aktrisa bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin